15 Avqust 2025, 09:12
FUTBOL
İki görüşün nəticəsinə görə 3:0 hesablı üstünlük əldə edən "Arda" pley-offa yüksəlib.
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları keçirilib.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda Litvanın "Kauno" klubunu qəbul edib.
Qarşılaşma Bolqarıstan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə 3:0 hesablı üstünlük əldə edən "Arda" pley-offa yüksəlib.
Cəlal "Kauno" ilə matçda iştirak edib. 23 yaşlı mərkəz müdafiəçisi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
"Arda" pley-off mərhələsində Polşanın "Rakuv" klubu ilə qarşılaşacaq.