15 Avqust 2025, 10:38
FUTBOL
Мортен Юльманн
"Sportinq"in kapitanı Morten Yulmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
"Mançester Yunayted" danimarkalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim rəhbərliyi altında çıxış etmiş oyunçunu yenidən sərəncamında görmək istəyir.
"Mançester Yunayted" 26 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Morten Yulmann 2023-cü ilin yayından "Sportinq"in formasını geyinir.