15 Avqust 2025, 11:30
FUTBOL
"Fənərbaxça" müdafiəçisi Omar Fayedi icarəyə verib.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi mislirli futbolçunu "Arouko"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı mərkəz müdafiəçisi 1 il müddətində Portuqaliya klubunun formasını geyinəcək.
Qeyd edək ki, Omar Fayed ötən mövsüm icarə əsasında Belçikada "Beershot"un formasını geyinib.