"Çelsi" sol cinah müdafiəçisi Mark Kukurella ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Müqavilənin detalları açıqlanmasa da, ispaniyalının əvvəlki anlaşmasının 2028-ci ilin yayına qədər qüvvədə olduğu məlumdur.

London klubu 27 yaşlı futbolçunu meydanda və meydandan kənarda əsas fiqur, eləcə də komandanın gələcəyi üçün vacib element hesab edir.

Qeyd edək ki, "Çelsi" Kukurellanı 2022-ci ilin yayında "Brayton"dan 65,3 milyon avroya alıb. O vaxtdan bəri müdafiəçi 113 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Onun İspaniya millisində də 17 matçı var. "Transfermarkt" oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest