15 Avqust 2025, 15:35
FUTBOL
"Qalatasaray" "Lion"un müdafiəçisi Eynsli Meytland-Naylsı heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" paylaşıb.
Bildirilir ki, İstanbul klubu 27 yaşlı müdafiəçinin transferi üçün təklif hazırlayır. Oyunçu özü də İstanbul klubunda çıxış etməkdə maraqlıdır.
Qeyd edək ki, Eynsli Meytland-Nayls ötən mövsüm bütün turnirlərdə "Lion"un heyətində 44 matçda 1 qol vurub və 7 məhsuldar ötürmə edib.