15 Avqust 2025, 17:10
FUTBOL
Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və Azərbaycan millisinin baş məşqçisi Fernadu Santuş "Karvan-Yevlax" - "Qəbələ" matçını izləyir.
Misli Premyer Liqasında 2025/2026 mövsümünə Şamaxıda start verilib.
Matc.az xəbər verir ki, mövsümün açılış oyununda "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gəlir.
Qarşılaşmanı izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Azərbaycan millisinin baş məşqçisi Fernadu Santuş və AFFA-nın baş katibi Cahangir Fərəcullayev də var.
Qeyd edək ki, hazırda davam edən oyunda "Karvan-Yevlax" "Qəbəl"ni qəbul edir, hesab açılmayıb.