"Napoli"nin heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İtaliya çempionunun liderlərindən olan Romelu Lukaku sıradan çıxıb.

Belçikalı hücumçu "Olimpiakos"la keçirilən yoxlama oyununda ayaq əzələsindən zədə alıb. 32 yaşlı forvardın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Romelu Lukaku ötən mövsüm "Napoli"nin heyətində keçirdiyi 38 oyunda 14 qol vurub, 11 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest