15 Avqust 2025, 11:54
FUTBOL
Argentinalı futbolçu Erik Lamela karyerasını başa vurub.
Matc.az xəbər verir ki, yarımmüdafiəçi 33 yaşında peşəkar futbolla vidalaşıb.
AEK-dən ayrılan vinger 2021-2024-cü illərdə formasını geyindiyi "Sevilya"da məşqçi kimi çalışacaq.
Qeyd edək ki, Erik Lamela "River Pleyt", "Roma" və "Tottenhem"in də forrmasını geyinib. O, argentina millisinin heyətində keçirdiyi 25 oyunda 3 qol vurub.