"Benfika" "Real"ın hücumameyilli yarımmüdafiəçisi Brahim Diasla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

Bildirilir ki, Lissabon klubu 26 yaşlı mərakeşli futbolçunu icarəyə götürmək təklifi ilə madridlilərə müraciət edib.

Qeyd edək ki, Dias Madrid klubunda 2019-cu ilin yanvarından forma geyinir. Ötən mövsüm yarımmüdafiəçi 51 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Onun Mərakeş millisində də 10 matçı və 8 qolu var. "Transfermarkt" Diasın dəyərini 40 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest