Hamının çempionata hazırlaşdığı bir vaxtda “Kəpəz” yenə çalxalanır. Matc.az saytının məlumatına görə, “Sumqayıt”la oyun öncəsi komandanın icraçı direktoru Cabir İbrahimov və onun kadrları işdən azad edilib. 

Bundan əlavə, Gəncə təmsilçisinin mətbuat xidmətinin əməkdaşı Azad Mustafayevlə mühafizə rəisi Nicat Məmmədov da komandadan kənarlaşdırılıb.  

Klub bununla bağlı rəsmi açıqlama verməyə hazırlaşır.

İki il öncə uğursuz nəticələrə görə istefaya göndərilən sabiq baş məşqçi Azər Məmmədov isə böyük ehtimalla idman direktoru təyin ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest