"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luis İngiltərəyə qayıtmağaa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Nottingem Forest" braziliyalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Premyer Liqa təmsilçisi 27 yaşlı oyunçu üçün İtaliya klubuna təxminən 35-40 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Yuventus" Duqlas Luisi ötən ilin yayında "Aston Villa"dan transfer edib. O, "ağ-qaralar"ın heyətində keçirdiyi 27 oyunda qol və ya qol ötürməsi ilə yadda qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest