07 Avqust 2025, 10:10
MPL
Premyer Liqaya yüksələn "Karvan" növbəti transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, Yevlax təmsilçisi Vitor Roşa ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Vitor Roşa ötən mövsüm ölkəsində "Sanjoanense" klubunda çıxış edib.