"İnter"in argentinalı mərkəz müdafiəçisi Tomas Palasios karyerasını "Bazel"də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat verib.

Bildirilir ki, futbolçu bir illik icarəyə göndərilib - 2026-cı ilin iyun ayının sonuna qədər. "Bazel"in oyunçunu 6 milyon avroya, "İnter"in isə sabit məbləğə əks-almaq hüququ olacaq.

Qeyd edək ki, Palasios 2024-cü ilin yayında 6,5 milyon avroya "İndependiente"dən "İnter"ə keçib. O, ötən mövsümün ikinci yarısını B Seriyasına düşmüş "Monza"da icarə əsasında keçirib. Ümumilikdə, 22 yaşlı argentinalı ötən mövsüm "İnter" və "Monza"nın heyətində bütün yarışlarda 11 oyun keçirib.

"Transfermarkt" Palasiosun dəyərini 4 milyon avro qiymətləndirir. Müdafiəçi Argentinanın U-20 gənclər yığmasında 3 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest