06 Avqust 2025, 20:01
FUTBOL
"Qəbələ"də yeni təyinat gerçəkləşib.
Matc.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib. O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.
E.Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.