"Everton" "Çelsi"nin yarımmüdafiəçisi Kirnan Dyusberi-Hollu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Everton" ingiltərəli futbolçu üçün onun klubuna 25+4 milyon funt-sterlinq təzminat ödəyəcək. 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kirnan Dyusberi-Holl ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 36 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest