07 Avqust 2025, 11:59
FUTBOL
"Valensiya"nın futbolçusu Cenk Özkaçar karyerasını Almaniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Köln" Türkiyə millisinin üzvünü icarəyə götürmək üçün İspaniya klubu ilə anlaşıb. Bundesliqa təmsilçisi 2 milyon avro ödəməklə 24 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Cenk Özkaçar ötən mövsüm icarə əsasında "Valyadolid"in formasını geyinib.