"Liverpul"un futbolçusu Harvi Elliot karyerasını Almaniyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Leypziq" ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bundesliqa təmsilçisi Elliotu komandadan ayrılacağı gözlənilən Xavi Simonsun əvəzləyicisi kimi düşünür.

"Leypziq" artıq İngiltərə klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Harvi Elliot ötən mövsüm "Liverpul" forması ilə keçirdiyi 28 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest