06 Avqust 2025, 21:09
FUTBOL
"Çelsi"nin ingilis yarımmüdafiəçisi Kiernan Devsbury-Hall "Everton"na keçib.
Matc.az xəbər verir ki, bu barədə "mersisayd" klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə müqavilə 5 illik - 2030-cu ilin iyunun sonuna qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmır, mətbuatda yayılan xəbərlərə görə, söhbət 25 milyon funt-sterlinq və 4 milyon mümkün bonusdan gedir.
Qeyd edək ki, keçən yay "Çelsi" Devsbury-Hall üçün "Lester"ə 35,4 milyon avro verib. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 36 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.