"Çelsi" hücumçusu Mark Qiunu icarəyə verib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

London təmsilçisi ispaniyalı futbolçunu "Sanderlend"ə göndərib. 19 yaşlı forvard mövsümün sonuna kimi Premyer Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Mark Qiu ötən mövsüm "Çelsi"nin heyətiində keçirdiyi 16 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest