05 Avqust 2025, 10:28
FUTBOL
"Viktoriya"nın futbolçusu Pavel Sulç karyerasını Fransada davam etdirəcək.
Matc.az xəbər verir ki, "Lion" çexiyalı hücumameyilli yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa klubu Sulç üçün Çexiya təmsilçisinə bonuslarla birlikdə 10 milyon avro təzminat ödəyəcək. 24 yaşlı oyunçu "Lion"la 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Pavel Sulç bu mövsüm "Viktoriya"nın heyətində keçirdiyi 4 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.