Uqo Ekitikeni transfer edən "Liverpul" Darvin Nunesi satmağaa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "TalkSports" məlumat yayıb.

İngiltərə çempionu uruqvaylı hücumçunun qiymətini müəyyənləşdirib. Mersisayd təmsilçisi 26 yaşlı forvard üçün 70 milyon avro tələb edir.

Uruqvay millisinin üzvü ilə "Əl-Nəsr" maraqlanır.

Qeyd edək ki, Darvin Nunes ötən mövsüm "Liverpul"un heyətində keçirdiyi 45 oyunda 7 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest