04 Avqust 2025, 09:58
FUTBOL
Sofiya təmsilçilərinin dueli ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 3 turdan sonra 9 xal toplayan "Levski" çempionatın lideridir.
Futbol üzrə Bolqarıstan çempionatında 3-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Levski" öz meydanında "Slaviya"nı qəbul edib. Sofiya təmsilçilərinin dueli ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
3 turdan sonra 9 xal toplayan "Levski" çempionatın lideridir.
Qeyd edək ki, "Sabah" "Levski" ilə ilk oyunu avqusun 7-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab görüşü isə bundan bir həftə sonra Bakıda baş tutacaq.