04 Avqust 2025, 10:30
FUTBOL
"Lester Siti"nin futbolçusu Vilfred Ndidi karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Beşiktaş" nigeriyalı yarımmüdafiəçinin keçidini yekunlaşdırmaq üzrədir. 28 yaşlı oyunçu İstanbul təmsilçisinin 3+1 illik müqavilə təklifini qəbul edib.
Qeyd edək ki, Vilfred Ndidi ötən mövsüm "Lester Siti"nin heyətində keçirdiyi 30 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.