UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz"-Naxçıvan"ın rəqibi olan "Omoniya" iştirak ərizəsini UEFA-ya təqdim edib.
Matc.az xəbər verir ki, Kipr təmsilçisinin heyətində 29 futbolçu yer alıb.
Qapıçılar: Francis Uzoho, Fabiano, Xaralambos Kiriakidis;
Müdafiəçilər: Alfa Dionkou, Fotis Kitsos, Senu Kulibali, Yannis Masuras, Amin Hammas, Stefan Simiç, Nikolaos Panayotu, Andreas Hacıevanqulu, Xristos Konstantinidis;
Yarımmüdafiəçilər: Evandro, Mateo Mariç, Yannis Kusulos, Novitsa Erakovic, Panayotis Andreu, Gavriil Psilogenis, Xrisis Evangelu;
Hücumçular: Villi Semedo, Stevan Yovetiç, Mariuş Stepinski, Mikael İnqebriqtsen, Mateuş Musialovski, Loizos Loizo, Tahsin Özler, Ancelos Neofitou, Vladimiros Savva, Körtis-Junior Makosso
Qeyd edək ki, "Araz-Naxçıvan"ın "Omoniya" ilə ilk oyunu iyulun 7-də Bakıda baş tutacaq. Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Kiprdə keçiriləcək.