"Karvan" Rəhman Şabanovun müqaviləsinin müddətini artırıb.

Matc.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Premyer Liqaya yüksələn kollektiv 28 yaşlı futbolçu ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

Qeyd edək ki, Rəhman Şabanöv ötən mövsüm "Karvan"ın heyətində keçirdiyi 23 oyunda 2 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest