03 Avqust 2025, 18:07
FUTBOL
Polşa millisinin müdafiəçisi Yakub Kiver bu yay "Arsenal"ı tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə Fabrizsio Romano məlumat verib.
Bildirilir ki, Kiverin xidmətində bir sıra klublar maraqlıdır. "Arsenal" müdafiəçini saxlamaq istəyir və iyul ayında Portuqaliyadan bir təklifi rədd edib. Lakin polşalının daha çox oyun praktikası əldə etmək istəyi London klubunu mövqeyini dəyişməyə məcbur edə bilər.
Qeyd edək ki, Kiverin "Arsenal"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, transfer dəyəri 28 milyon avro olaraq qiymətləndirilir. Ötən mövsüm 25 yaşlı polyak "Arsenal"ın heyətində bütün yarışlarda 30 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.