04 Avqust 2025, 11:55
FUTBOL
"Yanq Boyz"un müdafiəçisi Zaxari Atekame karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" isveçrəli futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. A Seriyası təmsilçisi 20 yaşlı sağ cinah müdafiəçisi üçün 7 milyon avroluq təklif göndərib. Transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, "Yanq Boyz" Zaxari Atekameni ötən ilin yanvar ayında "Ksamaks"dan transfer edib. İsveçrə U-21 millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində 2 oyunda iştirak edib.