04 Avqust 2025, 16:40
FUTBOL
"Bayer" hücumçusu Patrik Şikin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Çexiyalı forvardla 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Patrik Şik 2020-ci ildən "Bayer" də çıxış edir. 29 yaşlı oyunçu ötən mövsüm komandanın heyətində keçirdiyi 45 oyunda 27 qol vurub, 1 qol ötürməsi edib.