04 Avqust 2025, 20:04
FUTBOL
"Mançester Siti" Ruben Diaşı uzun müddət komaandada saxlamağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Şəhərlilər" portuqaliyalı müdafiəçinin müqaviləsinin müddətini uzadacaq. 28 yaşlı futbolçu ilə razılıq əldə olunub.
Qeyd edək ki, "Mançester Siti" Ruben Diaşı 2020-ci ilin yayında "Benfika"dan transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 44 oyunda iştirak edib.