"Qalatasaray" 1 illik müqaviləsi qalan Yunus Akgünü komandada saxlayacaq.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Türkiyə millisinin üzvü ilə razılıq əldə edib. 25 yaşlı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Yunus Akgün ötən mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 44 oyunda 12 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest