04 Avqust 2025, 11:33
AVROPA LİQASI
Ağdam təmsilçisi Çempionlar Liqasında "Şkendiya" səddini keçə bilməsə, bu komandalardan biri qarşılaşacaq:
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Matc.az xəbər verir ki, mərasimdə "Qarabağ"ın da potensial rəqibləri məlum olacaq.
Ağdam təmsilçisi Çempionlar Liqasında "Şkendiya" səddini keçə bilməsə, bu komandalardan biri qarşılaşacaq:
“Hamrun Spartans” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün məğlubu
“Young Boys” (İsveçrə)
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.