"Milan"dan ayrılan Luka Yoviçin yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, serbiyalı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yoviç AEK-lə anlaşıb. 27 yaşlı foorvard Afina klubu ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Luka Yoviç ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 17 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest