04 Avqust 2025, 18:34
FUTBOL
"Tottenhem"in kapitanı Hın Min Son karyerasını ABŞ-də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Los Anceles" cənubi koreyalı vingerin keçidini həll edib. MSL təmsilçisi 33 yaşlı oyunçu üçün London klubuna 15 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Hın Min Son 2015-ci ilin yayından "Tottenhem"də çıxış edir. Təcrübəli futbolçu ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 11 qol vurub, 12 qol ötürməsi edib.