"Çelsi" heyətinə yeni müdafiəçi cəlb edib.

Matc.az xəbər verir ki, London təmsilçisi "Ayaks"dan Yorel Hatonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuaat xidməti məlumaat yayıb.

"Çelsi" niderlandli sol cinah müdafiəçisi üçün 43 milyon avro təzminat ödəyəcək. 19 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yorel hato ötən mövsüm "Ayaks"ın heyətində keçirdiyi 50 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest