04 Avqust 2025, 11:16
FUTBOL
"Legiya"nın müdafiəçisi Yan Ziolkovski karyerasını İtaliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Roma" və "Udineze" polşalı futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçiləri 20 yaşlı mərkəz müdafiəçisi üçün Polşa klubuna rəsmi təklif göndərib.
Qeyd edək ki, Yan Ziolkovski 2022-ci ildən "Legiya"da çıxış edir. Gənc oyunçu bu mövsüm Varşava klubunun heyətində 4 oyunda iştirak edib.