Türkiyə Super Liqasında XI turun oyunları davam edir. Matc.az xəbər verir ki, “Trabzonspor” səfərdə “Alanyaspor”la qarşılaşıb. Görüş Trabzon təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində 17-ci dəqiqədə Vaqner Pina hesabı açıb. 34-cü dəqiqədə isə Məhəmməd Salah fərqi iki topa çatdırıb.

Qarşılaşmanın ikinci hissəsində hesab dəyişməyib.

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran “Trabzonspor” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda çempionatda ardıcıl altıncı qələbəsini qazanıb.

12 xalı olan “Alanyaspor” isə 13-cü yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest