09 Noyabr 2026, 10:48
FUTBOL
La Liqanın XII turunda “Barselona” səfərdə “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, Görüşdə hesabı 10-cu dəqiqədə Culiano Simeone açıb. Fermin Lopes 45 və 66-cı dəqiqələrdə fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra 33 xala yüksələn “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real” 30 xalla ikinci, “Atletiko” isə 28 xalla üçüncü yerdədir.













