Moldova milli komandası noyabrın 13-də doğma meydanda Qazaxıstanla qarşılaşacaq. Üç gün sonra isə səfərdə Farer adalarının yığması ilə oynayacaq.
“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb. Matc.az xəbər verir ki, bununla bağlı kluba Moldova Futbol Federasiyasından rəsmi məktub gəlib.
Sənəddə bildirilir ki, futbolçu UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün noyabrın 9-dan 17-dək yığmanın düşərgəsində olmalıdır.
Moldova milli komandası noyabrın 13-də doğma meydanda Qazaxıstanla qarşılaşacaq. Üç gün sonra isə səfərdə Farer adalarının yığması ilə oynayacaq.
UEFA Millətlər Liqasının “C” divizionunda çıxış edən Moldova hazırda 4 xalla qrupda 3-cü yerdədir.
Viktor Stina yığmada 34 oyun keçirib və 4 qol vurub.













