05 Noyabr 2026, 15:00
FUTBOL
Yaponiya Futbol Assosiasiyasının (JFA) keçmiş prezidenti Kozo Taşima Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəhbəri postu uğrunda mübarizə aparacaq. Matc.az xəbər verir ki, bu barədə Yaponiyanın "Gekisaka" nəşri məlumat yayıb.
Təcrübəli funksioner Tokio şəhərində təşkil olunan mətbuat konfransı zamanı ali futbol qurumunun prezidentliyinə namizədliyini rəsmən açıqlayıb.
FİFA-da növbəti prezident seçkiləri 2027-ci ilin mart ayında keçiriləcək. Prezidentlik kürsüsünə iddialı olan şəxslərin öz namizədlik müraciətlərini təqdim etmələri üçün cari ilin 18 noyabr tarixinədək vaxtı var.
Qeyd edək ki, FİFA-ya hazırda isveçrəli rəsmi şəxs Canni İnfantino rəhbərlik edir.













