Çempionlar Liqasının liqa mərhələsində keçirilən oyunların nəticələrinə əsasən ölkələrin UEFA reytinqi yenilənib. Matc.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilməyib.
Buna Valdas Dambrauskasın baş məşqçisi olduğu “Sabah”ın 4-cü turda Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə uduzması səbəb olub.
Nəticədə cari mövsümdə qazanılan əmsal (5.625) dəyişməz qalıb. Bunun 3.500-ü “Sabah”ın, 1.250-si “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 24.187-dir.
Azərbaycan qitə sıralamasında 24-cü yerdədir. Ən yaxın izləyicimiz olan İsrailin əmsalı 24.125-dir. Bir pillə öndə, 23-cü yerdə qərarlaşan Ukraynanın ümumi xalı isə 24.837-dir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (105.574) başçılıq edir.













