“Çox məmnunam. Çətin rəqibə qarşı oynadıq. AEK çox yaxşı mübarizə apardı. İlk dəqiqədən etibarən kompakt oynayır, birbaşa hücumlara üstünlük verirdi”. Matc.az xəbər verir ki, bunu Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo deyib.

Çempionlar Liqasının IV turunda AEK üzərində qazanılan 3:2 hesablı qələbədən sonra oyunu şərh edən portuqaliyalı mütəxəssis komandasının son dəqiqələrdə qələbə qazanmaq bacarığına toxunub:

“Rəqib ilk dəqiqədən etibarən kompakt oynayır, birbaşa hücumlara üstünlük verirdi. Fantastik qarşılaşma oldu. Komandamız hesabda geri düşsə də, xarakter nümayiş etdirdi. Rahat qələbə qazanmağa üstünlük verərdim. Ancaq son dəqiqələrdə əldə etdiyimiz qələbələr də xüsusi əhəmiyyət daşıyır. Futbolçularım cəsarətlidirlər. Belə keyfiyyətli oyunçulara sahib olduğum üçün çox şanslıyam”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest