“İkinci hissədə daha yaxşı oynadıq. Julian Ryerson vasitəsilə cinahlarda təhlükəli hücumlar qurmağa çalışdıq. Betis 4-3-3 sxemində çox kompakt müdafiə olunurdu. Onların Çempionlar Liqasında təsadüfən iştirak etmədikləri aydın idi. Təcrübəli və keyfiyyətli futbolçuları var”. Matc.az xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç deyib.

O, Çempionlar Liqasının IV turunda “Betis” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib. Mütəxəssis rəqibin güclü komanda olduğunu və qarşılaşmanın asan keçmədiyini bildirib:

“Çox çalışmalı olduq, amma qələbəyə layiq idik. Bu nəticə bizim üçün vacibdir. İlk səkkizliyə düşmək üçün 17-18 xal toplamağımız lazım olduğunu düşünürəm”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest