05 Noyabr 2026, 17:47
FUTBOL
Komanda bu göstəriciyə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Aston Villa” klubunu 3:0 hesabı ilə məğlub etməklə çatıb.
“Barselona” son 100 ilin ən yüksək qol məhsuldarlığına nail olub. Matc.az xəbər verir ki, Hansi Flikin rəhbərlik etdiyi Kataloniya təmsilçisi cari mövsümdə keçirdiyi 15 rəsmi oyunda rəqib qapılarına 60 qol vurub.
Komanda bu göstəriciyə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Aston Villa” klubunu 3:0 hesabı ilə məğlub etməklə çatıb.
Həmin qarşılaşmada Lamin Yamal bir, Rafinya isə iki dəfə fərqlənib. Beləliklə, “Barselona”nın orta məhsuldarlığı hər oyuna 4 qol təşkil edib.
Klubun rəsmi saytının məlumatına görə, Kataloniya təmsilçisi sonuncu dəfə buna bənzər göstəriciyə 1926/27 mövsümündə nail olub. Həmin vaxt komanda ilk 15 rəsmi matçında 69 qol vurub.













