Azərbaycan Premyer Liqasında 10-cu tur davam edir. Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Şamaxı” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Saat 15:00-da başlayacaq görüşdə paytaxt təmsilçisi qələbə qazanacağı təqdirdə turnir cədvəlinin liderliyinə yüksələcək.
Günün digər qarşılaşmasında isə “Kəpəz” Gəncədə “İmişli” ilə üz-üzə gələcək. Bu görüş saat 17:30-da başlayacaq.
Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”ı 3:2 hesabı ilə məğlub edib. “Qəbələ” – “Qarabağ” matçında qolsuz heç-heçə qeydə alınıb. “Araz-Naxçıvan” və “Zirə” isə meydandan hərəyə bir xalla ayrılıblar – 2:2.
Turun son qarşılaşması noyabrın 2-də keçiriləcək. Həmin gün saat 19:00-da “Sumqayıt” “Şəfa” ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
10-cu tur
1 noyabr
15:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev, Kamal Umudlu (VAR), Vüsal Məmmədov (AVAR)
Stadion: Şamaxı şəhər stadionu
17:30. “Kəpəz” – “İmişli”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov, Rəşad Əhmədov (VAR), Kərim Zeynalov (AVAR)
Stadion: Gəncə şəhər stadionu
2 noyabr
19:00. “Sumqayıt” – “Şəfa”













