Almaniyanın “Bavariya” klubu hücumçusu Harri Keynlə bağlı vacib qərara imza atıb. Matc.az xəbər verir ki, İngiltərə millisinin kapitanı Münhen təmsilçisi ilə sözləşməsini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqavilənin şərtlərinə əsasən, tərəflər arasındakı əməkdaşlıq 2029-cu il iyunun 30-dək davam edəcək.

Klubun rəsmi açıqlamasında ulduz futbolçunun komandaya qoşulduğu 2023-cü ilin yayından bəri əldə etdiyi uğurlar xüsusi vurğulanıb:

“Keyn Münhenə gəldiyi gündən bəri iki dəfə Bundesliqa çempionluğunu, Almaniya Kubokunu və iki dəfə Frans Bekkenbauer Superkubokunu qazanıb. Hücumçu indiyədək keçirdiyi 161 rəsmi oyunda 156 qol vurub. O, həm ölkə daxilində, həm də avrokuboklarda bir sıra rekordlara imza atıb, ötən həftə isə dünyanın ən yaxşı futbolçusu seçilib”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest