“Bernli”nin müdafiəçisi Kayl Uoker komanda yoldaşı Ceymi Vardinin enerji içkilərinə marağından danışıb. Matc.az saytının “talksport”a istinadən məlumatına görə, ingiltərəli müdafiəçi Vardinin günə enerji içkiləri ilə başlamasına təəccübləndiyini bildirib.
 
“Vardi enerji içkiləri içir. Səhər yeməyindən əvvəl iki, hətta üç qutu içir. Bu, sadəcə dəlilikdir! Deyəsən, onun səhər yeməyi elə iki qutu enerji içkisindən ibarətdir. Ceymi onları fasilə zamanı da içirmi? Əlində həmişə bir qutu olur. Bu, sağlamlıq üçün yaxşı ola bilməz! Yəqin ki, onun həmin brendlə hansısa müqaviləsi var” - deyə, Uoker zarafatla bildirib.
 
Qeyd edək ki, Ceymi Vardi 2012–2025-ci illərdə “Lester Siti”nin formasını geyinib. Hücumçu bu müddətdə klubla İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və İngiltərə Superkubokunun qalibi olub. O, həmçinin iki dəfə Çempionşip çempionluğu yaşayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest