"İkinci hissədə rəqib təzyiqi artırdı və qol vurdu. Qoldan sonra sistemdə dəyişiklik etdi və layiqli qələbə qazandıq"
“Kəpəz” bu gün Premyer Liqanın 9-cu turunda “Şəfa”nın qonağı olub. Matc.az xəbər verir ki, oyundan sonra “sarı-göylər”in baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Bu oyuna bəzi itkilərlə gəlmişdik. Ağır qarşılaşma olacağını bilirdik. Birinci hissədə daha yaxşı idik. Hesabı açmalıydıq, sadəcə sonluğu çatdıra bilmirdik. İkinci hissədə rəqib təzyiqi artırdı və qol vurdu. Qoldan sonra sistemdə dəyişiklik etdi və layiqli qələbə qazandıq.
Razıyam ki, komandanın hazırda uğurlu seriyası var. Düşünürəm ki, futbolçularım əziyyətinin bəhrəsini görür. Biz daha çox işləməliyik, çatışmayan cəhətlərimiz çoxdur. Sevindirici haldır ki, futbolçular oyundan-oyuna uyğunlaşırlar. Qışa kimi belə davam etsək, bu, bizim üçün böyük uğurdur. Transferlər istəyirəm, amma bizim üçün yuxarı pillələri hədəfləmək üçün hələ tezdir”.











_1558556132.jpg)

