“Barselona”nın hücumçusu Kərim Adeyemi klubun rəsmi saytına verdiyi müsahibədə Kataloniya təmsilçisindəki təəssüratlarını bölüşüb. Matc.az xəbər verir ki, o, uşaqlıq illərində kumir hesab etdiyi oyunçulardan və komandanın yenidən qurulan ev stadionundan bəhs edib.

Almaniyalı futbolçu hər zaman Lionel Messiyə xüsusi heyranlıq duyduğunu vurğulayıb:

“Messi həmişə dünyanın ən yaxşı futbolçusu olub və onun bu klubda çıxışını izləmək möhtəşəm idi. Messi ilə yanaşı, eyni meydanı bölüşməyi arzuladığım üç oyunçu isə İnyesta, Neymar və Ronaldinyo olardı”.

Yeni stadion haqda danışan 24 yaşlı vinger “Spotify Camp Nou”nun əzəmətindən söz açıb: “Stadionumuz inanılmazdı. Yenidənqurma işləri hələ tam başa çatmasa da, artıq möhtəşəm görünür. Yaşıl meydana çıxanda və klubun himni səslənməyə başlayanda, bu, həqiqətən də insanı valeh edir”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest