“Çelsi”nin baş məşqçisi Xabi Alonso London klubunun “sükanı arxası”na keçmək qərarının detallarından, komandadakı mövcud potensialdan və klubun gələcək inkişaf strategiyasından danışıb. Matc.az xəbər verir ki, ispan mütəxəssis “Sky Sports”a verdiyi müsahibədə layihənin təfərrüatlarını bölüşüb.
Alonso komandanı qəbul edərkən klubda artıq sağlam təməlin olduğunu gördüyünü və məhz bu faktorun onu cəlb etdiyini vurğulayıb: “Uşaq vaxtından bəri olduğu kimi, burada da dərhal hiss etdim ki, bu komandanın içində artıq çox güclü bir özək formalaşıb. Dərk edirdim ki, əgər müəyyən dəyişikliklər etsək, ayrı-ayrı mövqeləri keyfiyyətli şəkildə gücləndirsək və fərqli xüsusiyyətlərə malik futbolçular dəvət etsək, həqiqətən də möhkəm komanda qura bilərik”.
Müasir futbolda nəticələrin dərhal tələb olunduğunu xatırladan baş məşqçi, “Çelsi”dəki işin səbir və zaman tələb etdiyini bildirib: “Eyni zamanda, mən dərk edirdim ki, “Çelsi” uzunmüddətli bir layihədir. Hər şeyin ilk ildəcə 100 faiz işləyəcəyini düşünmək sadəlövhlük olardı. Lakin danışıqların əvvəlindən rəhbərliklə ortaq baxışa sahib olduğumuzu, futbola eyni gözlə baxdığımızı və əsas qərarları birgə qəbul edə biləcəyimizi hiss etmək mənim üçün prinsipial əhəmiyyət daşıyırdı”.













