24 Oktyabr 2026, 20:19
TOP OYUNLARI
Kişi voleybolçuların Super Liqasında I turun oyunları başa çatıb. Matc.az xəbər verir ki, turun son qarşılaşması bu gün FHN-in idman zalında keçirilib.
Görüşdə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gəlib. Qarşılaşma “Xilasedici” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, turun nəticələrinə əsasən, “Xilasedici”, “AZERRAIL” və “ORDU” komandaları çempionata qələbə ilə başlayıblar.
Super Liqa (kişilər)
I tur
24 oktyabr
“Xilasedici” - “Neftçi” 3:1 (28:26, 26:24, 23:25, 25:14)
Qeyd edək ki, Super Liqanın II turunun oyunları oktyabrın 28-də keçiriləcək. Növbəti turun qarşılaşmalarının təqvimi ilə bağlı əlavə məlumat veriləcək.













